AZ

Rusiya nümayəndə heyəti danışıqlar zalını tərk edib

Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna ilə görüşün keçirildiyi danışıqlar zalını müvəqqəti tərk edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Rusiya nümayəndə heyətinin bu gün Türkiyəni tərk edib-etməyəcəyinin hələlik məlum olmadığı vurğulanır. Eyni zamanda, Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri görüşün dayandırılmadığını, əksinə, başa çatdığını bildiriblər.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İstanbulda Rusiya və Ukrayna arasında ikitərəfli danışıqlardan sonra rusiyalı həmkarı Vladimir Putinlə danışa biləcəyini bildirmişdi. O, həmçinin tezliklə Rusiya prezidenti ilə görüşəcəyinə ümid etdiyini bildirib.

Seçilən
0
22
nocomment.az

10Mənbələr