İstanbul danışıqlarındakı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski dialoqun yalnız barışıqdan sonra aparılmasını təklif edən tənqidçilərə Napoleonun sitatı ilə cavab verib: “Müharibə və danışıqlar tarixdə həmişə yanaşı gedir”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Danışıqların yalnız atəşkəs zamanı mümkün olduğunu iddia edən insanlar tarixdən xəbərsiz olduqlarını nümayiş etdirirlər”, – Medinski vurğulayıb.
Ukrayna nümayəndələri ilə danışıqlardan sonra Medinski İstanbulda Ukrayna ilə danışıqlardan sonra Rusiya nümayəndə heyətinin əhval-ruhiyyəsinin yaxşı olduğunu bildirib. Nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, Rusiya konstruktiv dialoqa və böhranın həlli üçün “mümkün həll yollarının axtarışına” sadiqdir.