Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Aznews.az xəbər verir ki, Komissiyanın üzvü Əliməmməd Nuriyevin verdiyi məlumata görə, bu gün bu il üzrə komissiyanın 7-ci, sonuncu iclası keçirilib. İclasda 100-dən çox müraciətə baxılıb. Bu il keçirilən, 3 ayadək davam edən toplantılarda ümumlikdə 800-dən çox müraciətə baxılıb. Baxılan müraciətlər yaxın zamanlarda komissiya tərəfindən Prezidentə təqdim olunacaq.