AZ

“Barselona”nın oyunundan öncə qalmaqal - VİDEO

La Liqanın 36-cı turunun “Espanyol” – “Barselona” matçından öncə stadionun ətrafında insident yaşanıb.

Apasport.az “Marca” nəşrinə istinadən xəbər verir ki, naməlum sürücü “Espanyol”a məxsus stadionunun yanında azarkeşi vurub.

Ətrafdakı insanlar maşını mühasirəyə alaraq qışqırmağa və əşyalar atmağa başlayıblar. Daha sonra yaşı 45-55 arasında olan qadın sürücü maşını izdihamın arasından sürərkən nəqliyyat vasitəsi qəfildən sürətlənib və insanları vurub.

Hadisə zamanı 13 nəfər xəsarət alıb. Avtomobil maneələrə və ağaca çırpıldıqdan sonra dayanıb.

Daha sonra sürücü saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, o, avtomobili qəsdən izdihamın üzərinə sürmək niyyətində olmayıb.

Sözügedən görüntüləri təqdim edirik: 

Messi "Barselona"nı təbrik edib - FOTO

11 il sonra ilk dəfə ÇL-in qrup mərhələsində mübarizə aparacaqlar

"Barselona"dan yeni rekord - 9-cu dəfə

Yamal Ronaldoya çatıb

Flik bunu bacaran ikinci alman məşqçidir

Seçilən
0
2
apasport.az

4Mənbələr