Rusiyanın TASS xəbər agentliyinin verdiyi məlumata görə, Ukrayna ilə Rusiya arasında nəzərdə tutulan görüş logistik səbəblərə görə cümə axşamı günü baş tutmayıb.
Sherg.az xəbər verir ki, Xarici İşlər Nazirliyindəki mənbələrə əsasən, Rusiya və Ukrayna nümayəndə heyətləri bu gün İstanbula gələcəklər. Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ-ın dövlət katibi Marko Rubio da İstanbulda olacaq. Rusiya heyətinə rəhbərlik edən Vladimir Medinski bildirib ki, bu gün saat 10:00-da Ukrayna tərəfini gözləyəcəklər.