BAKI, 15 may. TELEQRAF
ABŞ-nin dövlət katibi Marko Rubio mayın 16-da İstanbulda ABŞ nümayəndə heyətinin Rusiya rəsmiləri ilə danışıqlarında iştirak etməyəcək.
Teleqraf xəbər verir ki, məlumatı CNN yayıb.
M.Rubio bu qəırarını Kremlin danışıqlara “aşağı səviyyəli komanda göndərməsi” ilə izah edib.
ABŞ dövlət katibi mayın 16-da İstanbulda Ukraynanın xarici işlər naziri Andriy Sybiha və Ukrayna nümayəndə heyətinin nümayəndələri ilə görüşməyi planlaşdırdığını, lakin ruslarla şəxsən görüşmək niyyətində olmadığını bildirib.