Dövlət katibi Rubio NATO xarici işlər nazirlərinin Antalyada keçiriləcək qeyri-rəsmi toplantısında iştirak etmək üçün artıq Türkiyəyə gəlib.
ABŞ prezidenti Donald Trampın baş müşaviri və köməkçisi Stiv Uitkoff Putinin İstanbulda olmamasına baxmayaraq, mayın 16-da Türkiyəyə gəlmək niyyətindədir. Ajans.az xəbər verir ki, bu barədə “Financial Times” ABŞ prezidentinin xüsusi elçisinin planları ilə tanış olan mənbəyə istinadən yazıb.