AZ

Mərkəzi Bank “Azərbaycan Sənaye Bankı” və “Bank Avrasiya”ya icrası məcburi sərəncam verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Sənaye Bankı” və “Bank Avrasiya” ASC-lərə icrası məcburi sərəncam verib.

 

Bu barədə AMB məlumat yayıb.

 

“Banklarda korporativ idarəetmə Standartları”nın 4.8-ci bəndinin tələbinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Bank Avrasiya” ASC və “Azərbaycan Sənaye Bankı” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Tarix: 15 May 2025, 16:14   
Seçilən
0
8
pravda.az

10Mənbələr