AZ

Mərkəzi Bank "Payriff" şirkətinə icrası məcburi olan göstəriş verib

Mərkəzi Bank "Payriff" QSC-yə icrası məcburi olan göstərişin verilməsi barədə məlumat yayıb.

FED.az bu barədə AMB-yə istinadən xəbər verir.

Azərbaycan  Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 3.2-ci və 4.2-ci bəndləri ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, bundan əlavə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Payriff" QSC-yə icrası məcburi olan göstəriş verilib.

Seçilən
0
14
fed.az

10Mənbələr