AZ

AMB "Payriff"ə icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Payriff" QSC elektron pul təşkilatına icrası məcburi göstəriş verib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu addım qurumun “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 3.2-ci və 4.2-ci bəndləri ilə əlaqəli məcmu kapitalın minimum miqdarına tələb pozuntusu halının aradan qaldırılması, bundan əlavə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq atılıb.

Seçilən
0
12
report.az

10Mənbələr