AZ

SHXÇDX-də Türkiyənin Milli Təhlükəsizlik Şurasının rəhbərliyi ilə görüş keçirilib

Azərbaycanda səfərdə olan Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini (SHXÇDX) ziyarət edib.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Təhlükəsizlik Şurasının təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Azərbaycan-Türkiyə arasında olan qardaşlıq və müttəfiqliyin böyük tarixi köklərə malik olmasını vurğulayıb.

Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memiş də öz növbəsində iki ölkə arasında olan münasibətlərin dərinləşməsinin, həmçinin hərbi sahədə əməkdaşlığın və təcrübə mübadiləsi aparılmasının önəmli olmasından danışıb.

Görüş zamanı hərbi xidmətə çağırış prosesi, tibbi şəhadətləndirmə, möhlət hüququ, dinc dövrdə və müharibə dövründə səfərbərlik hazırlığı, proseslərin avtomatlaşdırılması, rəqəmsallaşma və bir sıra digər mühüm məsələlər müzakirə olunub.

Görüşün sonunda qonaqlara rəmzi hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

80195

23082

13982

67347

82909

82139

57030

31913

Seçilən
0
14
poliqon.az

6Mənbələr