AZ

Tramp Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv edir

BAKI, TurkicWorld

ABŞ Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv edəcək və bu qərar Suriyanın sülhə çatmaq üçün bir şans əldə etməsi məqsədilə verilib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-ABŞ investisiya forumunda çıxışı zamanı bildirib.

"ABŞ dövlət katibi Marko Rubio bu həftənin sonunda Türkiyədə Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşəcək. Bu çox önəmlidir. Səudiyyə vəliəhdi Məhəmməd bin Salman və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə etdikdən sonra – Ərdoğan mənə zəng vurub bu barədə xahiş etdi – mən Suriyaya qarşı sanksiyaların tətbiqini dayandırmaq əmrini verəcəyəm. Suriyanın yenidən yüksəlməsi üçün bir fürsət verməliyik" - deyə, Tramp qeyd edib.

O əlavə edib ki, sanksiyalar əvvəllər çox vacib funksiyanı yerinə yetirirdi, lakin indi Suriyanın parlamasının zamanı çatıb.

"Biz bu sanksiyaları tamamilə ləğv edirik. Mən inanıram ki, bu dəfə uğurlu olacaq – orada gördüyüm ruh, eşitdiklərim, ümumi atmosfer bu inamı yaradır. Ona görə də deyirəm: Uğurlar, Suriya! Bizə xüsusi bir şey göstərin, necə ki, bunu Səudiyyə Ərəbistanında etdiniz" - deyə, o vurğulayıb.

ABŞ prezidenti həmçinin bildirib ki, Suriyanın yeni hökumətinin ölkədə vəziyyəti sabitləşdirəcəyinə və sülhü təmin edəcəyinə ümid edir.

Qeyd edək ki, BMT bu Trampın bu açqılamasını alqışlayıb. Tramp çıxışında sanksiyaların ləğvi üçün hansı konkret mexanizmin istifadə ediləcəyini açıqlamayıb.

Seçilən
0
4
turkic.world

10Mənbələr