AZ

ABŞ Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb

ABŞ Maliyyə Nazirliyi Vaşinqtonun Suriyaya qarşı daha əvvəl tətbiq etdiyi sanksiyaların ləğvi prosesinə başlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə ABŞ-nin maliyyə naziri Skot Bessent “X” sosial şəbəkəsində məlumat verib.

“Maliyyə Nazirliyi vəziyyəti sabitləşdirmək və Suriyanın sülhə doğru irəliləməsinə kömək etmək üçün sanksiyaları yumşaltmaq üçün addımlar atır”, o yazıb.

ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-Amerika investisiya forumunda çıxışı zamanı bildirib ki, Vaşinqton Suriyaya qarşı sanksiyaları dayandıracaq.

Seçilən
0
5
ikisahil.az

10Mənbələr