Bakıda minifutbol üzrə “Legend Cup” oyunu keçiriləcək. 

Offsideplus.az Azərbaycan Minifutbol Federasiyasının (AMF) mətbuat xidmətinə istinadən xəbər verir ki, matç paytaxtımızada təşkil olunacaq minifutbol üzrə dünya çempionatına həsr olunacaq. 

AMF-in təşkilatçılığı ilə keçiriləcək qarşılaşma“Neftçi 2000-lər” və “Premyerliqa məşqçiləri” komandaları arasında oynanılacaq.

“Neftçi 2000-lər"də əsasən 2000-2010-cu illər arasında "ağ-qaralar"ın formasını geyinmiş veteran futbolçular yer alacaqlar. Baş məşqçi Ağasəlim Mircavadov olacaq.

"Premyerliqa məşqçiləri"nin heyətinə isə Qurban Qurbanov, Rəşad Sadıqov, Elmar Baxşıyev, Samir Abasov, Azər Bağırov, Vasil Berezutski, Elvin Məmmədov kimi baş məşqçilər və bir neçə köməkçi-məşqçi cəlb olunacaq. Komandanı oyuna "Turan Tovuz"un çalışdırıcısı Kurban Berdiyev çıxaracaq.

"Legends Cup” mayın 19-da Milli Gimnastika Arenasında keçiriləcək.

Saat 20:00-da başlanacaq oyuna giriş pulsuz olacaq.