Bədavi Hüseynov “Qarabağ”ın heyətində ölkə çempionatlarında 250-ci oyuna çıxıb.
"Football-plus.az" xəbər verir ki, onun yubileyi Misli premyer-liqasının 34-cü turunun “Araz-Naxçıvan”la görüşünə (2:0) təsadüf edib.
Müdafiəçi 2012-ci ildən formasını geyindiyi klubdakı bu görüşlərdə 4 qola imza atıb. Bədavi Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 250 matça çıxan 6-cı futbolçu kimi düşüb.
1. Maksim Medvedev (“Qarabağ”) – 376
2. Qara Qarayev (“Qarabağ”) – 305
3. Aslan Kərimov (“Qarabağ”) – 268
4-5. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) – 254
Riçard Almeyda (“Qarabağ”) – 254
6. Bədavi Hüseynov (“Qarabağ”) - 250
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta