Təcrübəli mərkəz müdafiəçisi Bədavi Hüseynov “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında 250-ci oyuna çıxıb.
Arena.az xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 34-cü turunun “Araz-Naxçıvan”la görüşünə (2:0) təsadüf edib.
Müdafiəçi 2012-ci ildən formasını geyindiyi klubdakı bu görüşlərdə 4 qola imza atıb. Bədavi Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 250 matça çıxan 6-cı futbolçu kimi düşüb.
- Maksim Medvedev (“Qarabağ”) – 376
- Qara Qarayev (“Qarabağ”) – 305
- Aslan Kərimov (“Qarabağ”) – 268
- Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) – 254
- Riçard Almeyda (“Qarabağ”) – 254
- Bədavi Hüseynov (“Qarabağ”) – 250