Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güllə və stend atıcılığı üzrə Azərbaycan Kuboku başa çatıb.
AAF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarışın bağlanış mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin sektor müdiri Ülviyyə Hacıyeva çıxış edərək yüksək nəticələr göstərmiş idmançıları təbrik edib.
O, həmçinin yarışların yüksək səviyyədə təşkilinə töhfə verən məşqçilərə, hakimlərə, təşkilat komandasına və iştirak edən bütün idmançılara təşəkkürünü bildirib.
Təltifetmə mərasimində müxtəlif yaş qrupları və kateqoriyalar üzrə fərqlənmiş idmançılar medal və diplomlarla mükafatlandırılıb.
Qaliblər:
25 m məsafədən kiçik çaplı tapança (qadınlar)
1. Xanna Əliyeva
2. Zeynəb Sultanova
3. Sofiya Barxalova
50 m məsafədən kiçik çaplı tapança (kişilər)
1. Elvin Astanov
2. Hacı Musayev
3. Vladislav Kalmıkov
10 m məsafədən pnevmatik tapança (qızlar)
1. Sofiya Barxalova
2. Mehriban Qambayeva
3. Əminə Ömərova
10 m məsafədən pnevmatik tapança (qadınlar)
1. Sofiya Barxalova
2. Xanna Əliyeva
3. Zeynəb Sultanova
10 m məsafədən pnevmatik tapança (oğlanlar)
1. Vladislav Kalmıkov
2. İmran Qarayev
3. Hacı Musayev
10 m məsafədən pnevmatik tapança (kişilər)
1. Ruslan Lunev
2. Hacı Musayev
3. Vladislav Kalmıkov
10 m məsafədən pnevmatik tüfəng (oğlanlar)
1. Zahid Sofiyev
2. Binyamin Rzayev
3. İlkin Həsənli
10 m məsafədən pnevmatik tüfəng (kişilər)
1. Üzeyir Tapdıqlı
2. Ruslan Qəhrəmanov
3. Əliməmməd Hüseynov
10 m məsafədən pnevmatik tüfəng (qızlar)
1. Elvina Əfsanə
2. Elvira Allahyarova
3. Leyli Balabəyli
10 m məsafədən pnevmatik tüfəng (qadınlar)
1. Jalə Bayramova
2. Elvina Əfsanə
3. Aynur Mahmudova
Pnevmatik tapança – qarışıq komanda
1. Zeynəb Sultanova / Vladislav Kalmıkov
2. Xanna Əliyeva / Ruslan Lunev
3. Nilüfər Səmədli / Amil Quliyev
Pnevmatik tüfəng – qarışıq komanda
1. Jalə Bayramova / Üzeyir Tapdıqlı
2. Nuranə Əliyeva / Əliməmməd Hüseynov
3. Nigar Ramazanova / Ramiz Xəlilov
Dairəvi stend (qızlar)
1. Cəmilə Paşayeva
2. Danieyella Ulanova
3. Şölə Quliyeva
Səngər stendi (qızlar)
1. Nərmin Cəfərova
2. Aylin Quliyeva
3. Minayə Novruzova
Dairəvi stend (oğlanlar)
1. Eldar Əjdərov
2. Aslan Qurbanov
3. İslam Əjdərov
Səngər stendi (oğlanlar)
1. Mürtəza Novruzlu
2. Kamil Mədətov
3. Mirzə Meybullayev
Dairəvi stend (qadınlar)
1. Riqina Meftaxetdinova
2. Nurlana Cəfərova
3. Sevda Nəcəfova
Səngər stendi (qadınlar)
1. Aydan Camalova
2. Ülviyyə Eyvazova
3. Nərmin Cəfərova
Dairəvi stend (kişilər)
1. Niyaz Ağazadə
2. Əli Mustafayev
3. Fuad Qurbanov
Səngər stendi (kişilər)
1. Tamerlan Məmmədov
2. Mirmömin Ağazadə
3. Mürtəza Novruzlu