Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan güllə və stend atıcılığı üzrə Azərbaycan Kuboku başa çatıb.


Rekord.az xəbər verir ki, yarışın bağlanış mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin sektor müdiri Ülviyyə Hacıyeva çıxış edərək, yüksək nəticələr göstərmiş idmançıları təbrik edib.


O, həmçinin yarışın yüksək səviyyədə təşkilinə töhfə verən məşqçilərə, hakimlərə, təşkilat komandasına və iştirak edən bütün idmançılara təşəkkürünü bildirib.


Təltifetmə mərasimində müxtəlif yaş qrupları və kateqoriyalar üzrə fərqlənmiş idmançılar medal və diplomlarla mükafatlandırılıblar.


25 m məsafədən kiçikçaplı tapança (qadınlar)

1. Xanna Əliyeva

2. Zeynəb Sultanova

3. Sofiya Barxalova


50 m məsafədən kiçikçaplı tapança (kişilər)

1. Elvin Astanov

2. Hacı Musayev

3. Vladislav Kalmıkov


10 m məsafədən pnevmatik tapança (qızlar)

1. Sofiya Barxalova

2. Mehriban Qambayeva

3. Əminə Ömərova


10 m məsafədən pnevmatik tapança (qadınlar)

1. Sofiya Barxalova

2. Xanna Əliyeva

3. Zeynəb Sultanova


10 m məsafədən pnevmatik tapança (oğlanlar)

1. Vladislav Kalmıkov

2. İmran Qarayev

3. Hacı Musayev


10 m məsafədən pnevmatik tapança (kişilər)

1. Ruslan Lunyov

2. Hacı Musayev

3. Vladislav Kalmıkov


10 m məsafədən pnevmatik tüfəng (oğlanlar)

1. Zahid Sofiyev

2. Binyamin Rzayev

3. İlkin Həsənli


10 m məsafədən pnevmatik tüfəng (kişilər)

1. Üzeyir Tapdıqlı

2. Ruslan Qəhrəmanov

3. Əliməmməd Hüseynov


10 m məsafədən pnevmatik tüfəng (qızlar)

1. Elvina Əfsanə

2. Elvira Allahyarova

3. Leyli Balabəyli


10 m məsafədən pnevmatik tüfəng (qadınlar)

1. Jalə Bayramova

2. Elvina Əfsanə

3. Aynur Mahmudova


Pnevmatik tapança (qarışıq komanda)

1. Zeynəb Sultanova / Vladislav Kalmıkov

2. Xanna Əliyeva / Ruslan Lunyov

3. Nilüfər Səmədli / Amil Quliyev


Pnevmatik tüfəng (qarışıq komanda)

1. Jalə Bayramova / Üzeyir Tapdıqlı

2. Nuranə Əliyeva / Əliməmməd Hüseynov

3. Nigar Ramazanova / Ramiz Xəlilov


Dairəvi stend (qızlar)

1. Cəmilə Paşayeva

2. Daniella Ulanova

3. Şölə Quliyeva


Səngər stendi (qızlar)

1. Nərmin Cəfərova

2. Aylin Quliyeva

3. Minayə Novruzova


Dairəvi stend (oğlanlar)

1. Eldar Əjdərov

2. Aslan Qurbanov

3. İslam Əjdərov


Səngər stendi (oğlanlar)

1. Mürtəza Novruzlu

2. Kamil Mədətov

3. Mirzə Meybullayev


Dairəvi stend (qadınlar)

1. Riqina Meftahətdinova

2. Nurlana Cəfərova

3. Sevda Nəcəfova


Səngər stendi (qadınlar)

1. Aydan Camalova

2. Ülviyyə Eyvazova

3. Nərmin Cəfərova


Dairəvi stend (kişilər)

1. Niyaz Ağazadə

2. Əli Mustafayev

3. Fuad Qurbanov


Səngər stendi (kişilər)

1. Tamerlan Məmmədov

2. Mirmömin Ağazadə

3. Mürtəza Novruzlu