AZ

Ermənistanda doğum azalıb, ölüm artıb - Rəsmi

2025-ci ilin yanvar-mart aylarında Ermənistanda əvvəlki dövrə, yəni 2024-cü ilin yanvar-martına nisbətən 702 az uşaq doğulub.

Modern.az xəbər verir ki, bu barədə Doğuşa Nəzarət üzrə Milli Mərkəzin məlumatında bildirilib.

Qeyd edilib ki, əhalinin artım tempi əvvəlki illə müqayisədə 17,4 faiz azalaraq, cəmi 181 nəfər, əvvəlki illə müqayisədə isə 1041 nəfər olub.

Doğuşa Nəzarət üzrə Milli Mərkəzin məlumatına görə, 2025-ci ilin üç ayında Ermənistanda 7302 uşaq doğulub.2024-cü ilin eyni dövründə doğulan uşaqların sayı isə 8004 olub.

2025-ci ilin ilk 3 ayında Ermənistanda 7121 nəfər ölüb ki, bu da əvvəlki illə müqayisədə 158 nəfər çoxdur.

Seçilən
0
modern.az

1Mənbələr