Bakı. Trend:
Müasir dövrün təhdidlərinə qarşı mübarizədə qabaqlayıcıtədbirlərin görülməsi məqsədilə Müdafiə Nazirliyinin illikfəaliyyət planına əsasən kompleks tədbirlər həyata keçirilir.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, il ərzində Azərbaycan Ordusundakibertəhlükəsizlik, dövlət sirrinin qorunması, rəqəmsalsavadlılığın artırılması, eləcə də informasiya təhlükəsizliyinintəmin olunması məqsədilə Müdafiə Nazirliyinin baş idarə, idarə vəxidmətlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, həmçininhərbi hissələrdə mütəmadi profilaktik tədbirlər keçirilir.
Tədbirlərdə "Dövlət sirri haqqında" Azərbaycan RespublikasıQanununun maddələrinin tələbləri, kibertəhdid və təhlükələrə qarşımübarizə üsulları, internet resurslarından təhlükəsiz şəkildəistifadə qaydalarına əməl etmək - kibergigiyena, kiberhücumlardanqorunma yolları, həmçinin məlumatların məxfiliyinin, bütövlüyününvə əlçatanlığının qorunması məqsədilə informasiya təhlükəsizliyininəhəmiyyəti hərbi qulluqçulara izah olunur, onları maraqlandıransuallar cavablandırılır.