AZ

Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb

Vətəndaşların bank kartlarından mayın 10-da və 11-də 13 min manatdan çox pul oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:

"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar".

Seçilən
0
49
aznews.az

10Mənbələr