Bakı. Trend:
Mayın 6-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3400,2500, 2000, 1500, 1302, 999, 840, 490, 285, 161, 30, 16, 5 manatpul vəsaitləri bank kartlarından oğurlanıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.
Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davamedir.
"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTPkodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin vəşifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlarnaməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pulyoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc,sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxilüzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyəedirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərəverməyin, təhlükə var", - məlumatda qeyd edilib.