Dimitri Payetin məşuqəsi onun yataqdakı sirlərini də ictimailəşdirib.
Sportinfo.az xəbər verir ki, Larissa Ferrari daha əvvəl “Vasko da Qama”nın 38 yaşlı fransız futbolçusu tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığını iddia etmişdi.
İndi o, Payetin yataqdakı hərəkətlərini göstərən yazışmaların ekran görüntülərini dərc edib.
“Metropoles”ə verdiyi müsahibədə Larissa deyib:
“O, yataqda passiv olmağı, təslim olmağı xoşlayırdı. Amma mən onu heç vaxt incitməmişəm. Heç vaxt qan, əzik və ya aqressiya olmayıb. Məni incidən yalnız o idi.
Həmişə özümlə vibratorlar və bu kimi şeylər gətirirdim. Amma aqressivlik heç vaxt qarşılıqlı olmayıb, hətta oyuncaqlardan istifadə edəndə belə, onu incitməmişəm”.