AZ

“Karyerama ən çox Ronaldinyo təsir etdi” - Messi söylədi

Səkkiz dəfə “qızıl top”un sahibi, “İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasına ən çox təsir edən futbolçunun adını açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı forvard bunu deyib:

“Karyerama ən çox Ronaldinyo təsir etdi. Çünki onun məni qəbul etmə tərzi, mənə kömək etməsi karyeramın ilk anlarında mənim üçün çox faydalı oldu.

Andres İnyesta və Xavi, eləcə də burada mənimlə “İnter Mayami”də oynayan üç nəfər də – Serxio Buskets, Jordi Alba, Luis Suares – onların hamısı mənim dostumdur”.

Messi dünya futbol tarixinin ən yaxşı oyunçularından biri hesab olunur.

Seçilən
0
sportinfo.az

1Mənbələr