AZ

Peskov: “Rusiya Avropa sülhməramlılarının Ukraynada yerləşdirilməsini qəbul etməyəcək”

Rusiya Federasiyası NATO-nun hərbi infrastrukturunun öz sərhədlərinə yaxın yerləşdirilməsinə yol verə bilməz.

Bizim.Media xəbər verir ki, bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “ABC News” telekanalına müsahibəsində Ukraynanın Alyansa üzv olmaq istəklərini şərh edərkən bildirib.
 

Kreml nümayəndəsi əlavə edib ki, Moskva Ukrayna ərazisində Avropa ölkələrindən olan sülhməramlıların yerləşdirilməsi təklifini də qəbulolunmaz sayır.


Peskovun sözlərinə görə, Rusiya münaqişənin sülh və diplomatik yollarla nizamlanması üçün əlindən gələni edir.

O qeyd edib ki, Kiyev isə daim danışıqlardan yayınmağa çalışıb.

Peskov bu prosesi çox mürəkkəb və incə detallarla dolu adlandırıb. Onun fikrincə, bu detalların hər biri həm Rusiya, həm də Ukrayna üçün son dərəcə mühüm əhəmiyyət daşıyır.

Bizim.Media

Seçilən
0
11
bizim.media

10Mənbələr