Rusiya NATO-nun hərbi infrastrukturunun onun sərhədləri yaxınlığında yerləşdirilməsinə icazə verə bilməz.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın NATO-ya qoşulmaq məsələsini şərh edərkən deyib.
"Biz NATO-nun hərbi infrastrukturunun sərhədlərimizə bu qədər yaxın olmasına icazə verə bilmərik", - o bildirib.