Şri-Lankada sərnişin avtobusu uçurumdan düşüb.
Redaktor.az xəbər verir ki, hadisə nəticəsində azı 21 nəfər ölüb, 14-ü yaralanıb.
Polisin bildirdiyinə görə, qəza bazar günü səhər saatlarında paytaxt Kolombodan təxminən 140 km şərqdə, Kotmale şəhəri yaxınlığında, mərkəzi Şri-Lankanın dağlıq ərazisində baş verib.
Məlumata görə, qəza zamanı avtobusda 50-yə yaxın adam olub.