AZ

Pakistan Hindistan üzərində qələbəsini elan etdi


Pakistanın baş naziri Şahbaz Şərif Hindistanla münaqişədə ölkəsinin qalib gəldiyini elan edərək, Pakistan qüvvələrinin Hindistanın hərbi və hava bazalarını məhv etdiyini və Rafale qırıcılarını vurduğunu bildirib. 2025-ci il mayın 10-da danışan baş nazir Hindistanı “əsassız təcavüzdə” ittiham edərək, ordunun mülki şəxslərə hücumundan sonra milləti qoruduğunu vurğulayıb. Bununla belə, Pakistanın informasiya naziri Attaullah Tarr eyni vaxtda ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsin Pakistan tərəfindən pozulmadığını qeydedib.Həm Şahbaz Şərifin,həm də Attaullah Tarrın bəyanatları Hindistanın İslamabada qarşı ittihamlarınıtəkzibedir. Bu fikir ayrılıqları razılaşmanın kövrəkliyini və regionda sabitliyi təmin etmək üçün beynəlxalq səylərə baxmayaraq, Kəşmirdə davam edən eskalasiyadan xəbər verir. Münaqişə aprelin 22-də 26 turistin ölümü ilə nəticələnən Pahalqam partlayışından sonra, Pakistanın Nur Xan və Murid hava bazalarını vuran Hindistanın Sindoor əməliyyatından sonra başlayıb. Pakistan bu müdaxiləyə Banyan-ul-Marsoos əməliyyatı ilə cavab verdi, Udhampur aviabazası da daxil olmaqla Hindistan hədəflərinə raket zərbələri endirdi. Reuters tərəfindən yayımlanan peyk şəkilləri Hindistanıntəkzib etməsinə baxmayaraq Udhampurda ciddi dağıntıları təsdiqlədi. Geo TV-nin məlumatına görə, Pakistan üç Rafaele, Su-30 və MiQ-29, həmçinin Mirage-2000-ni vurduğunu qeyd edir, Hindistan isə məğlubiyyətini etiraf etmək istəmir.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr