Yay transfer pəncərəsində "İnter" klubunda ayrılıqları gözlənilir. 

Offsideplus.az xəbər verir ki, cari mövsümün sonunda Milan təmsilçisi Marko Arnautoviç və Yoakin Korrea ilə vidalaşacaq. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. 

Qeyd edək ki, adıçəkilən hər iki futbolçunun klubla müqaviləsinin müddəti 2025-ci ilin iyun ayında başa çatır.