AZ

Ronaldo ilə danışıqlar dayandı

Portuqaliyalı hücumçu Ronaldo “Əl Nəsr” ilə yeni müqavilə danışıqlarını dayandırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Ronaldonun son oyunlardakı davranışları, jestləri klub rəhbərliyinin xoşuna gəlməyib.

Rəhbərlik bu səbəbdən onunla yeni müqavilə danışıqlarını tamamilə dayandırıb.

Daha əvvəl tərəflər arasında iki illik razılıq əldə olunduğu qeyd edilmişdi. Ronaldo ilə bağlı situasiya dəyişib və o, klubu tərk edə bilər.

Ronaldonun “Əl Nəsr”lə müqaviləsi yaya kimidir.

Seçilən
0
futbolpress.az

1Mənbələr