“Bu, Rusiya və Ukrayna üçün əla gün ola bilər!”
“Cebheinfo.az” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya ilkin şərt olmadan İstanbulda birbaşa danışıqlar aparmağı təklif edən bəyanatına belə cavab verib.
"Bu sonsuz "qan gölməçəsi" sona çatdıqda xilas ediləcək yüz minlərlə insanın həyatını düşünün. Bu, tamamilə yeni və daha yaxşı bir DÜNYA olacaq. Bunun baş verəcəyinə əmin olmaq üçün hər iki tərəflə işləməyə davam edəcəyəm. Bunun əvəzinə, ABŞ diqqəti bərpa və ticarətə yönəltmək istəyir. Qarşıda BÖYÜK bir həftə var!", - ABŞ Prezidenti sosial şəbəkədə yazıb.