Bu gün Misli Premyer Liqasında 34-cü tur başa çatacaq.
Fanat.Az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
Öncə “Kəpəz” Tovuzda “Sumqayıt”la qarşılaşacaq. Turun son matçı isə “Qarabağ”la “Araz-Naxçıvan” arasında keçiriləcək.
Daha öncə “Sabah” “Şamaxı” 3:1 hesabıyla qalib gəlibsə, “Səbail” “Zirə”yə (0:1), “Turan Tovuz” “Neftçi”yə (1:2) uduzub.
Misli Premyer Liqası
34-cü tur
11 may
“Kəpəz” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
Tovuz şəhər stadionu, 18:00.
“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabbarov.
“Azərsun Arena”, 20:00.