AZ

“Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

Əvvəlcə “Kəpəz” “Sumqayıt”la qarşılaşacaq. Turun son matçı isə “Qarabağ”la “Araz-Naxçıvan” arasında keçiriləcək.

Daha öncə “Sabah” “Şamaxı” 3:1 hesabı ilə qalib gəlibsə, “Səbail” “Zirə”yə (0:1), “Turan Tovuz” “Neftçi”yə (1:2) uduzub.

Azərbaycan Premyer Liqası
34-cü tur
11 may

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
Tovuz şəhər stadionu, 18:00.

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

VAR: Rauf Cabbarov.
“Azərsun Arena”, 20:00.

Seçilən
0
4
qafqazinfo.az

10Mənbələr