AZ

Tenerifedə turistlər üçün yeni ekoloji vergi tətbiq ediləcək

BAKI. 11 may. TELEQRAF

Növbəti ilin əvvəlindən etibarən İspaniyanın Tenerife adasının Teide Milli Parkını ziyarət edən turistlər üçün yeni ekoloji vergi tətbiq ediləcək.

Teleqraf xəbər verir ki, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş bu parkda İspaniyanın ən hündür dağında yerləşən Teide vulkanı (dəniz səviyyəsindən 3715 m yüksəklikdə) yerləşir.

Hər il milyonlarla turist ətraf mənzərələri izləmək üçün Teide dağının zirvəsini fəth etməli olur.

Lakin ekoaktivistlər uzun illərdir qoruqda turizmin ətraf mühitə zərərindən şikayət edirlər.

Turistlər qanunsuz avtomobil parklanması, işarələnməmiş cığırlardan istifadədə və vulkan süxurlarının suvenir kimi oğurlanmasında ittiham olunurlar.

Yerli hökumət hətta ziyarətçilərin sayını məhdudlaşdırmaq üçün turistləri parka daşıyacaq kiçik avtobuslardan istifadə etmək imkanını nəzərdən keçirir.

Yeni vergi yerli sakinlərə şamil edilməyəcək, onun yığılmasından əldə edilən gəlir təbiətin mühafizəsinə yönəldiləcək.

Seçilən
0
teleqraf.com

1Mənbələr