AZ

Samir Abasov: “Neftçi”də o qədər vədlər verilib ki…”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri səfər matçından sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Çətin bir oyun keçirdik. Həm də itkilərimiz ola-ola. Amma çətinliklər çox rastımıza çıxıb. İstəmirəm ki, kimdəsə bizimlə oyuna çıxanda rahatlıq olsun. “Neftçi”nin adı hər şeydən üstündür.

Bu gün meydana 3 hücumçu buraxmışdıq. Bu, məcburiyyətdən deyildi. Hündürboylu oyunçuları meydanda saxlamaq istəyirdik. Rəqibin oyun üslubu hamıya bəllidir. Hücumçularımız çox yaxşı oynadılar. Rəqibin müdafiəsinə təzyiq göstərdilər”.

Samir Abasov “Əgər mövsümün əvvəlində “Neftçi”nin baş məşqçisi təyin olunsaydınız, vəziyyət fərqli ola bilərdimi” sualını belə cavablandırıb:

“Bəlkə bundan da pis olardı. Keçmiş keçmişdə qaldı. Yaxşı gələcəyə doğru getməyə çalışacağıq. Növbəti mövsümlə bağlı planlar cızırıq. “Neftçi” azarkeşlərinə söz deməyə ehtiyac yoxdur. Onlara o qədər vədlər verilib ki… Oyunumuzla hər şeyi göstərməliyik”.

Samir Abasov braziliyalı yarımmüdafiəçi Aleks Fernandesin komandaya uyğunlaşa bilməməsi barədə suala da cavab verib:

“Biz gətirdiyimiz oyunçudan dərhal nəsə istəyirik. Aleks bizə çətin vaxtda qoşulub. Onun kimi futbolçulara səbrlə yanaşmalıyıq. Keyfiyyəti, ustalığı bəllidir. Məncə, düzələcək”.

Abbasov “Neftçi”də yeni mövsüm üçün seleksiya üzrə məşqçilər qrupu yaradılacağını da təsdiqləyib:

“Bu, işimizi çox asanlaşdıracaq. Ciddi addımlar atmalıyıq. Bunun üzərində işləyirik. Sağ olsun klub rəhbərliyi, şəraiti yaradır”.

Berdıyev: “Neftçi” qələbəyə layiq idi”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Neftçi” qələbəyə layiq idi. Müdafiədəki kobud səhvlərimizdən istifadə etdilər. “Neftçi” seçilmiş futbolçulardan ibarət olan komandadır.

Güman edirəm ki, turnir cədvəlindəki 4-cü yeri itirməyəcəyik. Amma azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq.

Bu heyət avrokuboklar üçün yetərli deyil. Amma heyətdə nə dərəcədə dəyişiklik olmalıdır, bunu mən deyə bilmərəm. Qərarı klubun prezidenti verir”.

Seçilən
0
5
arena.az

7Mənbələr