AZ

“Neftçi”nin adı hər şeydən üstündür”

Azərbaycan Premyer Liqasının XXXIV turunun “Turan Tovuz” – “Neftçi” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– İddiası olmayan komandanı oyunlara kökləmək çətin deyil?

– Əlbəttə çox çətindir. Həm də itkilərimiz ola-ola. Amma çətinliklər çox rastımıza çıxıb. İstəmirəm ki, kimdəsə bizimlə oyuna çıxanda rahatlıq olsun. “Neftçi”nin adı hər şeydən üstündür.

– Növbəti mövsümlə bağlı azarkeşlərə hansı vədlər verə bilərsiniz?

– Planlar cızırıq. “Neftçi” azarkeşlərinə söz deməyə ehtiyac yoxdur. Onlara o qədər vədlər verilib ki. Oyunumuzla hər şeyi göstərməliyik.

– Əgər mövsümün əvvəlində “Neftçi”nin baş məşqçisi təyin olunsaydız, sizcə, vəziyyət fərqli ola bilərdi?

– Bəlkə bundan da pis olardı. Keçmiş keçmişdə qaldı. Yaxşı gələcəyə doğru getməyə çalışacağıq.

– Bu gün meydana 3 hücumçu buraxmışdız. Onların oyunu haqqında nə deyə bilərsiniz?

– Məcburiyyətdən deyildi. Hündürboylu oyunçuları meydanda saxlamaq istəyirdik. Rəqibin oyun üslubu hamıya bəllidir. Hücumçularımız çox yaxşı oynadılar. Rəqibin müdafiəsinə təzyiq göstərdilər.

– Aleks sanki komandaya uyğunlaşa bilmir. Bunun səbəbi nədir?

– Biz gətirdiyimiz oyunçudan dərhal nəsə istəyirik. Aleks bizə çətin vaxtda qoşulub. Onun kimi futbolçulara səbrlə yanaşmalıyıq. Keyfiyyəti, ustalığı bəllidir. Məncə, düzələcək.

– Belə iddialar var ki, “Neftçi”də yeni mövsüm üçün seleksiya üzrə məşqçilər qrupu yaradılacaq. Bu, sizin işinizi nə dərəcədə asanlaşdıracaq?

– Çox asanlaşdıracaq. Ciddi addımlar atmalıyıq. Bunun üzərində işləyirik. Sağ olsun klub rəhbərliyi, şəraiti yaradır.

Şahin Cəfərov 

Seçilən
0
3
futbolpress.az

8Mənbələr