AZ

Mahmud Abbas: Fələstin Qəzzada atəşkəsə nail olmağa çalışır

BAKI, 10 may. TELEQRAF

Fələstin Qəzza zolağında atəşkəsə nail olmaq və humanitar problemləri həll etmək istəyir.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bunu Fələstin lideri Mahmud Abbas Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı bildirib.

"Biz hazırda hərbi vəziyyət və atəşkəs məsələləri ilə bağlı çox çətin şərtlərin öhdəsindən gəlməyə çalışırıq. Bu, həm İordan çayının Qərb sahilinə, həm də Qəzzaya aiddir. Biz atəşkəsə nail olmaq, humanitar məsələləri həll etmək istəyirik", - o vurğulayıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr