AZ

Ansu Fati qonşularını necə bezdirib?

“Barselona”nın 22 yaşlı hücumçusu Ansu Fati Kataloniya paytaxtndakı mənzilində səs-küylü gecə məclisləri qurması ilə qonşularını bezdirib.

Arena.az bu barədə ABC dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, qonşular gecədən səhərə qədər davam edən, qışqırıqlar və yüksək səslə musiqi sədaları ilə müşayiət edilən məclislərdən cana doyublar. Bildirilir ki, bir dəfə bezar olmuş qoşulardan biri bu cəhənnəm musiqisini kəsməyi rica edib, ardınca bir neçə dəfə tələbini sərt surətdə irəli sürüb, amma bu, Fati və dostlarına kar etməyib.

Vurğulanır ki, polis Fatinin sükutu pozması müqabilində ispaniyalı futbolçunu dəfələrlə cərimələyib. Bununla belə, müvafiq tədbirlər yaxşı pulu olan futbolçuya ibrət olmayıb. Ümidi kəsilmiş qonşular qapı-qapı düşərək şikayət ərizəsi toplayıblar və kütləvi informasiya vasitələrinə müraciət ediblər. Hadisələrin inkişafı gözlənilir.

Xatırladaq ki, daha əvvəl, “Barselona”nın baş məşqçisi, alman mütəxəssis Hans-Diter Flikin Ansu Fatinin xidmətinə ehtiyac duymadığı haqda məlumat yayılmışdı. Bildirilirdi ki, Kataloniya klubu Fatini hələ cari ilin yanvarında satmağa və ya icarəyə verməyə çalşıb, futbolçu isə “iki ayağını bir başmağa dirəyərək”, “Barsleona”da qalmaq istədiyini vurğulayıb.

Mütəmadi surətdə zədələr alan Fati əsas komandada möhkəmlənə bilmədiyi üçün, “Barselona” gənc futbolçusunun oyun təcrübəsini təmin etmək məqsədilə, ötən mövsüm Fatini “Brayton”a carəyə vermşdi. Özünü təsdiqləmiş Fati cari mövsümdə “Barselona”ya qayıdıb. Fatinin “blauqrana” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fati “Barselona”nın heyətində bütün yarışlarda məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 11 oyun keçirib.

Fatinin “blauqrana”nın heyətində çıxışının ümumi mənzərəsi 123 oyun, 29 qol və 10 məhsuldar ötürmədən ibarətdir.

Ansu Fati 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Fatinin qənimətlər muzeyində “Barelona” ilə qazandığı İspaniya Liqası çempionluğu (2022/2023), İspaniya Kuboku (2021/2024/2025) və İspaniya Super Kuboku (2022/2023) var. Fati həmçinin İspaniya yığması ilə UEFA Millətlər Lqiasının (2023) qalibi olub.

Transfermarkt” internet-portalı 22 yaşlı ispaniyalı sol cinah hücumçusunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
arena.az

1Mənbələr