AZ

“Evi özüm yandırdım ki, arvadıma, oğluma qalmasın” – VİDEO

Sumqayıtda 52-ci məhəllədə fərdi yaşayış evində yanğın baş verib.

Tribunainfo.az baku.tv-yə istinadla xəbər verir ki, yanğın nəticəsində altıotaqlı evin 1-ci mərtəbəsində 4 ədəd soyuducu, ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və taxta materiallar yanıb.

Ev sahibi Zakir Qasımovun sözlərinə görə, evi özü yandırıb:

“İstəmirəm ki, ev arvadıma, oğluma qalsın. 10 ildir ki, aramızda söz-söhbət var”.

Seçilən
0
16
tribunainfo.az

10Mənbələr