AZ

KİV: Uitkoff Putinə Ukraynada nizamlanma üçün 22 təklifdən ibarət siyahı təqdim edəcək

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya Prezidenti Vladimir Putinə Ukraynada döyüş əməliyyatlarının dayandırılmasına kömək etməli olan 22 təklifdən ibarət siyahı təqdim etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, şərtlər siyahısı ABŞ, Avropa ölkələri və Ukraynadan olan danışıqçılar tərəfindən hazırlanıb.

Sənədə 30 günlük atəşkəs təklifi, həmçinin "Putinin ABŞ-nin Ukraynanın NATO-ya qoşulmasını dəstəkləməyəcəyi tələbinə cavab" daxildir.

S.Uitkoffun planı Rusiya Prezidentinə nə vaxt təqdim edəcəyi barədə məlumat yoxdur.

Seçilən
0
7
report.az

10Mənbələr