ABŞ, Avropa və Ukrayna nümayəndələri Rusiya – Ukrayna müharibəsinin dayandırılması üçün 22 təklifdən ibarət sənəd hazırlayıblar.
“Azreform.info ” xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.
Məlum olub ki, sənədin maddələrindən biri 30 günlük atəşkəsi nəzərdə tutur.
Bundan başqa, planda ABŞ-nin Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyəcəyi tələbi də yer alıb.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında danışıqların “ləngimədən və ilkin şərtlər olmadan” mayın 15-də İstanbulda başlanmasını təklif etmişdi.