ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar nəticə verib. Bu gün Pakistan və Hindistan atəşkəs barədə razılığa gəliblər.
Herbiand.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında paylaşıb.
“ABŞ-ın vasitəçiliyi ilə uzun bir gecə davam edən danışıqlardan sonra mən məmnuniyyətlə elan edirəm ki, Hindistan və Pakistan tam və dərhal atəşkəs haqqında razılığa gəliblər”.
ABŞ Dövlət Departamentinin bununla bağlı yaydığı məlumatda deyilir ki, tərəflər mübahisəli ərazilərlə bağlı danışıqlara razılaşıb.
Departamentin rəhbəri Marko Rubio X hesabında bildirib ki, son 48 saat ərzində Vens və mən yüksək səviyyəli Hindistan və Pakistan rəsmiləri ilə əlaqə saxladıq.
“Mən məmnuniyyətlə xəbər verirəm ki, Hindistan və Pakistan hökumətləri dərhal atəşkəsə və neytral ərazidə geniş əsaslı danışıqlara başlamağa razılaşıblar”.