AZ

Yasamal rayonu Heydər Əliyev Mərkəzində kitab təqdimatı

Azərbaycan  Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü ivə təşkilatçılığı ilə "Konsititusiya və Suverenlik ili" çərçivəsində Yasamal rayonu Heydər Əliyev Mərkəzində  Prezident təqaüdçüsü, əmək qəhrəmanı  Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" və araşdırmaçı, yazıçı - publisist Vaqif Osmanlınln "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitablarının təqdimatı keçirilib.
   
Əmək qəhrəmanı, Prezident təqaüdçüsü  Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" adlı ilk kitabı Ulu Öndərin  anadan olmasının 102 - ci ildönümünə, araşdırmaçı yazar, publisist Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabı isə Tərlan Musayevanın 70 illik yubileyinə töhfədir.
 
Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru  Güllü Eldar Tomarlı  açdı,qonaqları salamladı, tədbir haqqında geniş məlumat verdi.

Şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla anıldı.

Söz Yasamal Rayon İcra Hakimiyyətinin ictimai- siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini Nazilə Rəhimovaya  verildi. O, qeyd etdi ki, Ulu Öndərin anadan olmasının 102- cı ildönümü  münasibəti ilə Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" kitabının işıq üzü görməsi sevindirici, qüurverici, həm də Tərlan Musayevanın Ulu Öndərə vəfa borcudu, sədaqətinin tərənnümüdü. Bu kitab  gənc nəslə təqdim və təbliğ olunmalıdır. Heydər Əliyev Tərlan Musayeva haqqında belə yazıb: - Tərlan bütün respublika gənclərinə nümunə olmalıdır. 

Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri"  Tərlan" kitabı isə Tərlan xanımın keçdiyi çətin və şərəfli ömür yolundan bəhs edir. 
   
Tədbirdə Yasamal Rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva,    , Əməkdar Mədəniyyət İşçisi, aşıq Solmaz Kosayeva, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, Yasamal MKS- nin  Mirzə Şəfi Vazeh adına  kitabxananın əməkdaşları, Xırdalan MKS- nin əməkdaşı Pərvanə Muradlı, şair Qulu İsmayılov, Aytəkin Mehmanqızı, ziyalı Qulu Əli oğlu  çıxış etdilər.
  
Sonda Güllü Eldar Tomarlı  Mədəniyyət Nazirliyinə,  Yasamal Rayon İcra Hakimiyyətinə, Yasamal Rayon Heydər Mərkəzinə  təşəkkürünü bildirib.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr