AZ

"Ulu Öndərə mənəvi borcum" və "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitablarının təqdimatı keçirilib

Bakı, 10 may, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə "Konsititusiya və Suverenlik İli" çərçivəsində Yasamal Rayonu Heydər Əliyev Mərkəzində Prezident təqaüdçüsü, Əmək qəhrəmanı Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" və araşdırmaçı, yazıçı-publisist Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitablarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" adlı ilk kitabı Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə, araşdırmaçı, yazıçı-publisist Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabı isə Tərlan Musayevanın 70 illik yubileyinə töhfədir.

Əvvəlcə şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Mirvari Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı tədbir haqqında geniş məlumat verib.

Yasamal Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini Nazilə Rəhimova bildirib ki, Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" kitabının işıq üzü görməsi sevindirici, qüurverici, həm də Tərlan Musayevanın Ulu Öndərə vəfa borcu, sədaqətinin tərənnümüdür. O bildirib ki, bu kitab gənc nəslə təbliğ olunmalıdır.

N.Rəhimova Ulu Öndər Heydər Əliyevin Tərlan Musayeva haqqında dediyi “Tərlan bütün respublika gənclərinə nümunədir” sözlərini xatırladıb. Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabı isə Tərlan xanımın keçdiyi çətin və şərəfli ömür yolundan bəhs edir.

Seçilən
0
1
azertag.az

2Mənbələr