Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Dövlət başçısı tədbirdə çıxış edib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramına baxıblar.
10:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
10:08
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.
Dövlət başçısı burada yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binada, klub-icma mərkəzində, Kəngərli kənd tam orta məktəbində, körpələr evi-uşaq bağçasında və yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.
09:38
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.