Beyləqanda xəstəxanada uşaq ölümü baş verib.
“Qafqazinfo” xəbər verir ki, paytaxt xəstəxanalarının birində vaxtından əvvəl doğulan körpə Beyləqana - yaşadıqları G.Əsədov küçəsinə gətirilib. 4 gün sonra körpənin vəziyyəti pisləşib. Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, körpə həyatını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı