Beyləqanda xəstəxanada uşaq ölümü baş verib.
Viral.az xəbər verir ki, paytaxt xəstəxanalarının birində vaxtından əvvəl doğulan körpə Beyləqana – yaşadıqları G.Əsədov küçəsinə gətirilib. 4 gün sonra körpənin vəziyyəti pisləşib. Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, körpə həyatını dəyişib.
Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).