Futbol Yazarları Assosiasiyasının (FWA) versiyasına əsasən İngiltərədə 2024/2025 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, "Liverpul"un futbolçusu Məhəmməd Salah ən yaxşı seçilib.
Misirli vinger üçüncü dəfə bu mükafata layiq görülüb. 32 yaşlı oyunçu 2017/18 və 2021/22 mövsümlərində də eyni mükafatı alıb.
Qeyd edək ki, Məhəmməd Salahın formasını geyindiyi "Liverpul" İngiltərə çempionluğunu rəsmiləşdirib.