AZ

"Milan" və "İnter"in ev oyunları ABŞ-də keçirilə bilər

İtaliyanın "Milan" və "İnter" klublarının ev oyunları ABŞ-də keçirilə bilər.

"Report" "Football Italia"ya istinadən məlumatına görə, bu barədə A Seriyasının prezidenti Etsio Maria Simonelli açıqlama verib.

Təşkilat rəhbəri 2026-cı ildə Qış Olimpiya Oyunlarının açılış mərasiminə hazırlıq məqsədilə "San Siro"nun təmirə bağlanacağı bir vaxtda hər iki klubun ev oyunlarını ABŞ-da keçirməsini təklif edib. Ancaq prezident bunun üçün UEFA-dan razılıq alınmalı olduğunu və müəyyən proseslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Milan şəhərini təmsil edən İtaliya klubları A Seriyasında ev oyunlarını "San Siro" stadionunda keçirir. "İnter" hazırda 74 xalla turnir cədvəlinin ikinci pilləsindədir. 60 xala malik "Milan" isə səkkizincidir.

Seçilən
0
3
report.az

4Mənbələr