“Milan” və “İnter”in ev oyunları ABŞ-də keçirilə bilər.
Msport.az xəbər verir ki, bu barədə A Seriyasının prezidenti Etsio Maria Simonelli açıqlama verib.
Təşkilat rəhbəri 2026-cı ildə İtaliyada təşkil olunacaq Qış Olimpiya Oyunlarının açılış mərasiminə hazırlıq məqsədilə “San Siro”nun təmirə bağlanacağı bir vaxtda hər iki klubun ev oyunlarını ABŞ-da keçirməsini təklif edib. Ancaq prezident bunun üçün UEFA-dan razılıq alınmalı olduğunu və müəyyən proseslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Milan şəhərini təmsil edən İtaliya klubları A Seriyasında ev oyunlarını “San Siro”da keçirir. “İnter” hazırda 74 xalla turnir cədvəlinin ikinci pilləsindədir. 60 xala malik “Milan” isə səkkizincidir.